Xoş gəlmisiniz! onlinedersim.az olaraq məqsədimiz sizə rahat, asan və effektiv təhsil təcrübəsi təqdim etməkdir. Aşağıda saytdan düzgün və səmərəli istifadə etməyiniz üçün əsas qaydaları tapa bilərsiniz.
Saytımızda bəzi dərslərə və materiallara yalnız qeydiyyatdan keçmiş istifadəçilər daxil ola bilər. Qeydiyyatdan keçmək üçün əsas menyudan "Qeydiyyat" bölməsinə daxil olaraq şəxsi məlumatlarınızı doldurun. Artıq qeydiyyatdan keçmisinizsə, "Daxil ol" bölməsindən istifadəçi adı və şifrənizlə saytımıza daxil olun.
Saytda müxtəlif fənlər üzrə video dərslər, testlər və digər tədris materialları mövcuddur. Hər sinif üçün fərqli dərslər və testlər təqdim olunur. Ödənişsiz dərslər Ana səhifədə yerləşir bunun üçün qeydiyyatdan keçməyə ehtiyac yoxdur. Əlavə dərs və testlərə giriş üçün isə qeydiyyatdan keçərək ödəniş planlarına nəzər yetirə bilərsiniz. Ödəniş məlumatları əldə etmək üçün saytda qeyd olunmuş nömrə ilə əlaqə saxlayın. Nömrə ilə əlaqə saxlayarkən whatapp mesajlarına üstünlük verməyiniz xahiş olunur.
Saytda dərs və testləri asanlıqla tapmaq üçün axtarış və filtr funksiyalarından istifadə edin. İstədiyiniz mövzunu və ya dərsi axtarış qutusuna yazaraq sürətli nəticələr əldə edə bilərsiniz.
Saytda hər hansı çətinliklə qarşılaşdıqda və ya sualınız olduqda, "Əlaqə" bölməsindən bizə müraciət edə bilərsiniz. Komandamız sizin suallarınızı ən qısa zamanda cavablandıracaqdır.
Saytdan istifadə edərkən qarşılıqlı hörmət və etik davranış qaydalarına riayət etmək vacibdir. Hər hansı qanunsuz və ya etik olmayan fəaliyyət aşkar edildikdə, həmin istifadəçinin hesabı bloklana bilər.
Ana səhifədə bütün siniflər və fənlər üzrə video dərslər, birinci səviyyəli testlər və sınaqlar hər kəs üçün açıqdır. Bu materiallara baxmaq üçün qeydiyyata ehtiyac yoxdur və saytımızın ziyarətçiləri sərbəst şəkildə istifadə edə bilərlər.
Lakin saytımızda müəyyən bölmələrin tam izahları, bütün səviyyələr üzrə testlər və daha geniş tədris materialları yalnız qeydiyyatdan keçmiş istifadəçilər üçün əlçatandır. Bu materiallara daxil olmaq üçün qeydiyyatdan keçmək və ya daxil olmaq
Qeydiyyatdan sonra müvafiq siniflər üzrə xüsusi səhifələrə daxil ola və dərslərinizi daha dərindən öyrənə bilərsiniz.